Cryptographic hash function
Kriptoqrafik heş funksiya − ixtiyari uzunluqda məlumatı sabit uzunluqda heş-koda çevirən kriptoqrafik çevirmə. Kriptoqrafik heş funksiyaların iki mühüm növü var.
1. Açarlı heş funksiyalar – məlumatın autentifikasiya kodları (Message Authentication Code, MAC) adlanır. Məlumatın autentifikasiya kodları simmetrik açarlı sistemlərdə tətbiq edilir və onlar əlavə vastələr cəlb etmədən, istifadəçiləri bir-birinə etibar edən sistemlərdə həm verilənlərin mənbəyinin həqiqiliyinə, həm də verilənlərin tamlığına zəmanət verməyə imkan verir.
2. Açarız heş funksiyalar – səhvlərin aşkarlanması kodları (Modification Detection Code və ya Manipulation detection Code, MDC) adlandırırlar. Onlar əlavə vastələrlə (məsələn, şifrləmə, mühafizəli kanaldan istifadə və ya rəqəmsal imza) verilənlərin tamlığına zəmanət verməyə imkan verir. Bu heş funksiyalardan həm istifadəçiləri bir-birinə etibar edən sistemlərdə, həm də istifadəçiləri bir-birinə etibar etməyən sistemlərdə istifadə etmək olar.